Bu sözləri dünən 74 yaşı tamam olan canlı əfsanə, xalq artisti Flora Kərimova ANS PRESS-ə açıqlamasında söyləyib. "Mənim doğum günüm - 23 iyul Ağdamın işğalı gününə təsadüf edir. Belə bir gündə necə bayram edə bilərəm ay bala? Ağdamın azad olunmasını gözləyirəm. Bax, onda elə bir bayram eləyəcəm ki, səsi hər yana yayılacaq. İnşaAllah o günü görəcəm, mən buna inanmaq istəyirəm" - deyə Flora xanım, təəssüfünü bildirdi.

Dünən  Qarabağın ən böyük rayonu olan Ağdamın işğalı günü idi. 1747-ci ildə şəhər statusu almış Qarabağ düzündə ən iri şəhərlərdən biri olan Ağdam Bakıdan 358 km aralıda yerləşir. 1993-cü il iyul ayının 23-dən Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.
.