Ağcabədidə yerin təkindən qanunsuz istifadə halı aşkarlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi və Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yerin təkindən qanunsuz istifadə hallarının, o cümlədən qeyri-qanuni qum-çınqıl daşınmasının qarşısının alınmasının təmin edilməsi məqsədi ilə birgə tədbir keçirilib.
Keçirilən tədbir zamanı qeyri-qanuni qum-çınqıl daşınmasını təşkil edən bir nəfər müəyyən edilib. Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 243-cü (Yerin təkindən istifadə qaydalarının pozulması) maddəsi ilə protokol tərtib edilib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
.