Ağcabədi rayonu Rəncbərlər kəndində ev şəraitində təşkil olunmuş məclisdə baş vermiş hadisənin səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.
Bu barədə AQTA-dan bildirilib.
İlkin araşdırma zamanı məlum olub ki, toy mərasimində məişət şəraitində hazırlanan məhsullar istehlakçılara təqdim olunub. Araşdırmalar davam edir, nəticələr barədə ətraflı məlumat veriləcək.
Qeyd edək ki,Ağcabədidə toyda kütləvi zəhərlənmə olub.
Rəncbərlər kəndində yerləşən toy mərasimində 34 nəfər, o cümlədən 16 yetkinlik yaşına çatmayan şəxs qidadan zəhərlənib.
Onlar xəstəxanaya yerləşdirilib.
Zəhərlənən şəxslərin bir çoxuna ilkin tibbi yardım göstərilib və evə buraxılıb.
.