Ağcabədidə ölən ana və körpənin ailəsi danışdı: “6 ildə ilk hamiləliyi idi”

5,029 oxunub

"Ana və körpəsinin ölümündə heç bir həkimin günahı yoxdur.”

Bunu AzNews.az-a açıqlamasında Ağcabədi rayon Rəncbərlər kənd sakini Məzahir Əliyev doğuş zamanı ana və körpə ölümünə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Təzəgül Qaraşova böyrək çatışmazlığından dünyasını dəyişib:

"Təzəgülü yanvarn 13-də xəstəxanaya apardıq. Həmin günü əməliyyat olunub. Körpəsi də yarımçıq idi. Əməliyyatdan sonra uşaq öldü. Ana isə ağır idi. İki dəfə Bakıdan, bir dəfə Gəncədən həkim dəvət olunub. Ananın böyrəyi süzmürdü, sidik axını olmadığından dializ olundu. Amma dünən gecə vəziyyəti pisləşib və dünyasını dəyişdi.”

Məzahir Əliyev Təzəgül Qaraşovun 6 ildir ailə qurduğunu qeyd edib: "Təzəgül 6 ildir ki, ailə qurub. Amma bu günə kimi uşağı olmayıb. Uzun zaman müalicə olunub. Həmin müalicədən sonra hamilə qalıb. Həkimlər onun hamiləlik vaxtı qəbul etdiyi bütün dərmanları yoxladılar. Məlum oldu ki, anada zülal yüksək olub.”

Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Azad Hüseynov Təzəgül Qaraşovanın kəskin böyrək çatışmazlığı ilə xəstəxanaya gətirildiyini və bu səbəbdən təcili əməliyyat olunduğunu vurğulayıb: "Qeysəriyyə əməliyyatından sonra uşaq öldü. Ana isə sidiyə gedə bilmədi. Bakıdan həkimlər dəvət olunsa da ananı xilas edə bilmədik”.

Ağcabədi rayonunda doğuş zamanı ana və körpə ölümü baş verib. Rayonun Rəncbərlər kənd sakini, 1985-ci il təvəllüdlü Qaraşova Təzəgül Əliş qızı və onun körpəsi ötən gecə Mərkəzi Rayon Xəstəxanasında dünyasını dəyişib.

Yenizaman.az

.
XƏBƏRLƏR 10-04-2026
09-04-2026
20:12 Hakan Fidan: Türkiyə ABŞ və İran arasındakı atəşkəsi alqışlayır
20:09 Netanyahu sülh münasibətləri qurmaq üçün Livanla birbaşa danışıqlara başlamağı tapşırıb
19:10 Media: İran və ABŞ arasında danışıqlar aprelin 11-də keçirilə bilər
19:03 WUF13: Avtomobillərin hərəkətinin monitorinq ediləcəyi istiqamətlər məlum olub
19:01 Azərbaycanın İrana humanitar yardımların çatdırılmasındakı rolu Quterreşin nümayəndəsinin diqqətinə çatdırılıb
18:56 XİN: İran atəşkəsin pozulmasına cavab vermək üzrə idi, Pakistan araya girdi
18:31 Rusiya XİN: Moskva razılaşmaların Livana da aid olduğuna inanır
18:18 Putin sovet xalqının soyqırımını inkar etməyə görə cinayət məsuliyyəti haqqında qanunu imzalayıb
18:15 Rəsmi Tehran: Hörmüz boğazı ABŞ gəmiləri üçün də açıqdır, amma İranın razılığı alınmalıdır
18:09 İranın tələbi: Şərtlərimiz qəbul edilməsə, döyüş əməliyyatlarını intensivliklə bərpa edəcəyik
18:03 AK Partiya sözçüsü: İstanbulda İsrail konsulluğu qarşısında atışma Türkiyəyə mesaj idi
18:01 IDF: Hizbullahla əlaqəli qrupun yüksək rütbəli komandiri məhv edilib
17:38 Cəlal Qasımov: "Kapital bazarı məhduddur və özəl emitentlərin sayı azdır"
17:31 Zelenski ABŞ-ın Vitse-prezidentinin “bir neçə kilometr üçün alver” sözlərinə cavab verib 
17:23 Spiker: Azərbaycan, Türkiyə və ŞKTC parlamentlərinin üçtərəfli formatı ortaq maraqlara xidmət edir
Təqvim