Ağcabədinin Boyat kəndində evlərin biri ilanların hücümuna məruz qalıb. Ev sahibi Məhluqə Qarayevanın sözlərinə görə, müxtəlif ölcülərdə qızıl ilanlar axşam saatlarında evin hər yerində peyda olub.
Kənd sakinlərinin sözlərinə görə , ümumiyyətlə, ərazidə son vaxtlar sürünənlərin sayı çoxalıb. Havaların soyuq kecməsinə baxmayaraq, ilanlar qış yuxusuna getməyib.
Ağcabədi Gigiyena və Epidemiologiya Mərkəzindən bildirdilər ki, hələlik onlara sürünənlərin hücumu ilə bağlı məlumat daxil olmayıb. Kənddən belə bir müraciət daxil olarsa, mərkəzin əməkdaşları tərəfindən hadisənin baş verdiyi ərazi xlor məhlulu ilə dərmanlanacaq.
