Ağcabədi rayon Aşağı Avşar kənd sakinləri mayın 6-da axşam saatlarında Yevlax-Bəhramtəpə yolunu bağlayıblar. Aşağı Avşar kənd sakinləri tərəfindən yolun bağlanmasına səbəb kəndə elektrik enerjisinin məhdudiyyətlərlə verilməsidir. Yevlax-Bəhrəmtəpə yolunun bir saata yaxın bağlı qalmasına baxmayaraq Ağcabədi rayonun vəzifəli şəxsləri heç bir reaksiya verməyiblər. Yalnız Yevlax-Bəhramtəpə yolu ilə hərəkət edən avtonəqliyyat sahiblərinin Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə müraciətindən sonra hadisə yerinə polis qüvvələri gəlib. Lakin polis qüvvələri kənd sakinlərinə qarşı zorakılıq göstərməyiblər. Bundan sonra hadisə yerinə Ağcabədi rayon icra hakimiyyətinin nümayəndələri gəliblər. Onların kənd sakinlərinə elektrik enerjisinin bərpa olunacağına dair söz verdikdən sonra kənd sakinləri yolu açıblar. Ancaq hakimiyyət orqanlarının sözlərinə əməl etməyəcəkləri təqdirdə Aşağı Avşar kənd sakinləri yeni etiraz aksiyaları keçirəcəklərini bildiriblər.
.
