Ağcabədi rayonu ərazisində 1955-ci il təvəllüdlü Dəstəgül Mehtiyevanın qəsdən öldürülməsi faktına görə zərərçəkmişin əri 1953-cü il təvəllüdlü Əliyar Mehdiyev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Xəbərə görə, hazırda cinayət işi üzrə Ağcabədi rayon prokurorluğunda ibtidai istintaq davam etdirilir.
Qeyd edək ki, yanvarın 14-də 1956-cı il təvəllüdlü Dəstəgül Mehtiyevanın kəsici alətlə öldürülməsi barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub.
Araşdırmalarla cinayət əməlini onun həyat yoldaşı 1953-cü il təvəllüdlü Əliyar Mehdiyevin törətməsi ilə bağlı əsaslı şübhələr müəyyən olunub. Əliyar Mehdiyev arvadını öldürdükdən sonra intihara cəhd edib.
.