Ağcabədi-Zərdab yolunun 3-cü kilometrliyində ağır qəza baş verib. Ağcabədi rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, "VAZ 21 015” markalı 04 BJ 031 dövlət qeydiyyat nişanlı və "Opel” markalı 99 HA 867 nömrəli iki minik avtomobilinin toqquşması nəticəsində hər iki sürücü - 1994-cü il təvəllüdlü Qurbanov Faiq Naməddin oğlu və 1949-cu il təvəllüdlü Abdullayev Alı Əhməd oğlu vəfat edib. Avtomobillərdə olan 24 və 25 yaşlı iki oğlan isə Ağcabədi Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.
 
Faktla bağlı Ağcabədi RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.

 *****

 22:59

 Ağcabədidə iki nəfərin ölümünə, bir nəfərin xəsarət almasına səbəb olan yol qəzası baş verib.

 APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə Ağcabədi-Zərdab yolunda qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində sürücülərdən biri,  Daşkəsən rayon Əhmədli kənd sakini, 1994-cü il təvəllüdlü Qurbanov Faiq Naməddin oğlu hadisə yerində ölüb. Digər sürücü, Ağcabədi rayon sakini 1949-cu il təvəllüdlü Abdullayev Alı Əhməd oğlu Ağcabədi Mərkəzi rayon Xəstəxanasına çatdırılsa da, aldığı yaradan həyatını itirib.

Ağcabədi Mərkəzi Rayon Xəstəxanasından  APA-ya verilən xəbərə görə, avtomobillərdən birində olan 20 yaşlı gəncin həyatını xilas etmək mümkün olub. Faktla bağlı araşdırma aparılır. 
.