Ağcabədi sakininin meyiti tapılıb. Yenizaman.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, noyabrın 6-da Ağcabədi rayon sakini Ənvər Məmmədovun yaşadığı evdə onun meyiti tapılıb. Ə. Məmmədovun küt alətlə qətlə yetirildiyi müəyyənləşib. Faktla əlaqədar cinayət işi başlanıb. Ağcabədi rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
.