Ağcabədi, Ağdam, Füzuli, Tərtər və Xocavənd rayonları üzrə ümumilikdə 128,7 hektar ərazi yoxlanılıb.

Bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.

Hesabatda qeyd olunub ki,  2020-ci il ərzində düşmənin hərbi təcavüzünə məruz qalmış və işğaldan azad edilmiş ərazilərdə (eyni zamanda strateji əhəmiyyətli neft-qaz kəmərlərinin və elektrik stansiyalarının yaxınlığında), habelə keçmiş hərbi sursat anbarları və hərbi poliqon ərazilərində mina və partlamamış hərbi sursatların təmizlənməsi və zərərsizləşdirilməsi əməliyyatları həyata keçirilib.

.