Ağ Evin yaxınlığında ABŞ Prezidenti Donald Trampın tərəfdarları bıçaqlanıb.

"NBC Washington" verdiyi xəbərə görə, Ağ Evin yaxınlığında 1 qadın və 3 kişiyə bıçaqla xəsarət yetirilib. 

Polisdən bildirilib ki, xəsarət alan şəxslər D. Trampı dəstəkləyən "Proud Boys" sağçı qrupunun üzvləridir.   

Zərərçəkənlər şübhəlilərin "Black Lives Matter" etiraz hərəkatının üzvləri olduğunu iddia edib. 

.