ABŞ Əfqanıstana yardımla bağlı qərarı ölkədə hökumət qurulduqdan sonra verəcək.

Bunu Ağ Evin sözçüsü Cen Psaki keçirdiyi brifinqdə deyib.

O qeyd edib ki, ABŞ hazırda "Taliban"a qarşı sanksiyaların yumşaldılması imkanlarını nəzərdən keçirmir.

"Heç kim güman etməsin ki, hazırda "Taliban" əleyhinə sanksiyaları yumşaltmaq fikrindəyik, bu, müzakirə predmeti deyil", - Psaki bildirib.

Psaki qeyd edib ki, ABŞ-ın gələcəkdə atacağı istənilən addımda beynəlxalq birliyin rəyi nəzərə alınacaq.

Onun sözlərinə görə, ABŞ Əfqanıstan xalqının beynəlxalq yardım almasını istəyir: "Bu yardımlar xarici təşkilatların hesabına edilməlidir. Vaşinqton bu istiqamətdə artıq xüsusi bir lisenziya da əldə edib".
 

.