
ABŞ və Polşa prezidentləri Donald Tramp və Karol Navrotski Ağ Evdə danışıqlar aparacaqlar, əsas mövzu Rusiyanın Ukrayna ilə müharibəsi olacaq.
Bu barədə Yenizaman "Al Arabiya"ya istinadən xəbər verir.
Sentyabrın 3-nə planlaşdırılan görüş zamanı xüsusi diqqətin müharibənin dayandırılması ilə bağlı danışıqlara, həmçinin Polşanın enerji təhlükəsizliyi məsələlərinə yönəldiləcəyi gözlənilir.
Bildirilib ki, K.Navrotskiyə dəvət avqustun əvvəlində onun andiçmə mərasimindən cəmi bir neçə gün sonra göndərilib. Bundan əlavə, Tramp şəxsən Polşa liderinin Avropa liderləri ilə Ukraynaya dair əsas telefon danışığında iştirak etməsini təmin edib.
Xatırladaq ki, mayda Tramp artıq Navrotskini Ağ Evdə qəbul edib və seçki kampaniyasının həlledici anında ona dəstəyini ifadə edib.
Prezidentlərin görüşü şərq vaxtı ilə saat 11:00-da (GMT 15:00) baş tutacaq.
NATO-nun üzvü olan Polşa həm Rusiya, həm də müharibə içində olan Ukrayna ilə həmsərhəddir.
.