ABŞ prezidenti Donald Tramp, bütün tənqidlərə baxmayaraq, Rusiya ilə münasibətləri bərpa etmək niyyətindədir, çünki  bu, ABŞ-ın maraqlarına uyğundur. APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin mətbuat katibi Şon Spayser bildirib.  

 

"Çünki o, razılıq əldə etməyi bacarır və o, ABŞ-ın maraqlarına cavab verən razılaşmalara nail olacaq”, - deyə Spayser jurnalistin Trampın Rusiya ilə münasibətləri bərpa etməyə çalışmasının səbəbinə dair sualına cavab olaraq bildirib.

.