“ABŞ Cənubi Qafqaz regionunun dinc gələcəyini təmin etmək üçün tərəflərlə çox fəal işləyir”.

Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays keçirdiyi brifinqdə deyib.

O bildirib ki, ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə Ermənistan və Azərbaycanda arasnda iki dəfə üçtərəfli görüş keçirilib:

“Tərəflərlə telefon əlaqəsi də davam etdirilir”.

Ned Praysın sözlərinə görə, ABŞ iki ölkə arasında davamlı sülhə və problemin həllinə aparan diplomatiyanı dəstəkləyir:

“Ümid edirik ki, iki ölkə arasında dialoq konstruktiv atmosfer davam edəcək”.

.