ABŞ administrasiyası Rusiyanın Ukraynaya qarşı son addımlarını “Rusiya müdaxiləsinin başlanğıcı” kimi dəyərləndirir.
Bu barədə ABŞ Prezidentinin təhlükəsizlik məsələləri üzrə köməkçisinin müavini Con Fayner Moskvanın “DXR” VƏ “LXR”-nın tanımasına münasibət bildirərkən deyib.
“Bəli, biz bunu Rusiyanın Ukraynaya müdaxiləsinin başlanması hesab edirik. Və siz bizim sərt və tez gələcək cavablarımızın verilməyə başlandığını görə bilərsiniz”, -deyə Fayner əlavə edib.
.
