ABŞ və Çin liderləri arasında telefon danışığı planlaşdırılır.
Bu barədə Ağ Evin Prezident Co Baydenin milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın Pekində Çin xarici işlər naziri Van İ ilə görüşünün yekunlarına dair yaydığı məlumatda bildirilib.
Ağ Evin yaydığı məlumatda deyilir ki, Co Bayden və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında qarşıdakı həftələrdə telefon danışığının aparılması planlaşdırır.
Məlumatda o da qeyd edilib ki, Sallivan iki günlük Çin səfəri zamanı Van İ ilə bir sıra ikitərəfli, regional və qlobal məsələlər üzrə səmimi, substantiv və konstruktiv müzakirələr aparıb.
.