Mərkəzi Afrika Respublikasının prezidenti Mişel Cotodiya istefa verib. Yenizaman.az xarici KİV-ə istinadən bildirir ki, o, 2013-cü ilin mart ayında dövlət çevrilişi nəticəsində dövlət başçısı olub. Əvvəlki dövlət başçısı Fransua Bozize paytaxt Banqadan xaricə qaçıb. Cotodiya özünü prezident elan edənə qədər "Seleka” üsyançı hərəkatına rəhbərlik edib. Onun hakimiyyətə gəlişindən sonra ölkədə islamçılarla xristianların maraqlarını müdafiə edən kənd milisləri arasında toqquşmalar davam edib. Elə bu səbəbdən də Mişel Cotodiya yerli kanallara müsahibəsində peşman olduğunu bildirərək istefa verməyi qərara aldığını deyib.
.