ABŞ prezidenti Donald Trampın son bəyanatları Afrika ölkələrində ciddi etirazlara səbəb olub.
Ağ Evdə keçirilən müşavirədə Donald Tramp Haiti, Salvador və bir sıra Afrika ölkələrini "murdar" adlandırıb.
Afrika ölkələrinin BMT-dəki səfirləri məsələni iclaslarda qabardıblar və onun dərhal üzr istəməsini tələb ediblər.
Onlar bildiriblər ki, ABŞ liderinin ölkələri haqqında sözləri yolverilməzdir və irqçiliyə xidmət edir.
.
