
Yeni Dehli sammitində Afrika İttifaqı G20-yə daimi üzv qəbul olunub.
Yenizaman "Reuters"ə istinadən xəbər verir ki, bu barədə bu gün sammitin açılışında çıxış edən Hindistanın Baş naziri Narendra Modi elan edib.
Modi sammitdəki açılış nitqində Afrika İttifaqının sədri Azali Assoumanini təşkilatın təmsilçisi kimi daimi üzv olaraq G20 liderlərinin masasında oturmağa dəvət edib.
"Afrika İttifaqını G20 ailəsinin daimi üzvü kimi qarşılamaqdan şərəf duyuram. Bu, G20-ni, həmçinin Qlobal Cənubun səsini gücləndirəcək", Baş nazir Modi "Twitter" hesabında bildirib.
55 üzv dövlətin kontinental təşkilatı olan Afrika İttifaqı indi Avropa İttifaqı ilə eyni statusa malikdir - tam üzvlüyə malik yeganə regional blok. İttifaqın əvvəlki statusu "dəvət olunmuş beynəlxalq təşkilat" idi.
Qeyd edək ki, G20-yə daha əvvəl 19 ölkə və Avropa İttifaqı daxil idi, üzvlər qlobal ÜDM-in təxminən 85%-ni, qlobal ticarətin 75%-dən çoxunu və dünya əhalisinin təxminən üçdə ikisini təmsil edirdi.
.