AFFA-nın İcraiyyə Komitəsinin iclası keçiriləcək.

Apasport.az AFFA-nın saytına istinadən məlumatına görə, tədbir martın 17-də baş tutacaq.

Yığıncaq videokonfrans formatında baş tutacaq. İclas saat 10:00-da başlayacaq.

İclasın gündəliyində üç məsələ yer alıb. Onlardan biri AFFA-nın icraçı vitse-prezidenti və eyni zamanda baş katib olan Elxan Məmmədovun vəzifələrindən birini tərk etməsi ilə bağlıdır. Bu posta onun müavini Sərxan Hacıyev təyin ediləcək.

1. AFFA-nın 2020-ci il yanvarın 28-də təşkil olunan Konfransında Nizamnaməyə uyğun olaraq həyata keçirilmiş struktur dəyişikliyi, AVRO-2020-nin və AVRO-2020 ilə bağlı hesabat işlərinin başa çatması, həmçinin müvafiq hüquqi prosedurlar nəzərə alınaraq, baş katibin müavini Sərxan Hacıyevə AFFA-nın baş katibi vəzifəsinin həvalə olunmasının müzakirəsi

2. Futbolun İnkişafı Fondunun (FİF) Himayəçilər Şurasının tərkibinin təsdiq olunması

3. AFFA-nın Futbol Veteranları Fondunun əsasnaməsinə uyğun olaraq, AFFA-dan təqaüd alan futbol veteranlarının siyahısına əlavələr olunması

.