AFFA-nın baş katibi Elxan Məmmədov UEFA İcraiyyə Komitəsinə üzv seçilə bilməyib.Seçki Finlandiyanın paytaxtı Helsinkidə FİFA-nın 41-ci Növbəti Konqresi çərçivəsində baş tutub.
Seçkiyə qatılan 12 namizəddən Kayrat Boranbayev tədbir zamanı İK üzvlüyünə namizədliyini geri götürdüyünü açıqlayıb. Bundan sonra UEFA-ya üzv olan 55 milli assosiasiya 11 namizəd arasında gizli səsvermə yolu ilə seçimlərini ediblər. AFFA-nı səsvermədə E.Məmmədovun özü təmsil edib. O, 24 səs toplayıb.
Qeyd edək ki, İcraiyyə Komitəsi UEFA-nın ali operativ idarəetmə orqanı sayılır. Bura qurumun prezidenti Aleksandr Çeverin, 5 vitse-prezident - Anxel Mariya Vilyar (İspaniya), Marios Lefkaritis (Kipr), Cankralo Abete (İtaliya), Qriqori Surkis (Rusiya), Mixael van Praq (Hollandiya), eləcə də 10 sıravi üzv daxildir.
(Report)
.
