
Bakı şəhəri Sabunçu rayonu, Aeroport yolu ərazisindən baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanların son durumu açıqlanıb.
TƏBİB-dən "bildirilib ki, təcili tibbi yardım briqadası tərəfindən iki nəfərə (kişi) yerində tibbi xidmət göstərilib və onlar Sabunçu Tibb Mərkəzinə təxliyə olunub.
Məlumata görə, 1985-ci il təvəllüdlü şəxsə sağ bazunun sınığı, 2001-ci il təvəllüdlü şəxsə isə döş qəfəsinin küt travması diaqnozu təyin olunub. Vəziyyəti qənaətbəxş qiymətləndirilən 2001-ci il təvəllüdlü şəxsə zəruri tibbi xidmət göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. 1985-ci il təvəllüdlü şəxsin vəziyyəti stabil qiymətləndirilib. Zəruri ilkin tibbi yardım göstərilən şəxs iltizamnaməsi alınıb və ixtisaslı tibbi xidmətdən imtina edib.
Qeyd edək ki, NİİM-in yaydığı məlumata görə, müşahidə kamerasının görüntüsünə əsasən minik avtomobilində texniki nasazlıq yarandığından sürücü yolun kənarında nasazlığı aradan qaldırmağa çalışıb. Ancaq heç bir təhlükəsizlik tədbirlərinin görülməməsi və hərəkətdə olan digər avtomobilin sürücüsünün diqqətsizlik etməsi ağır qəzanın qeydə alınması və nasazlıq yaranan avtomobilin sürücüsünün həyatını itirməsi ilə nəticələnib.
.