Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi "Rosatom"un baş direktoru Aleksey Lixaçevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə AEBA-nın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bu gün İstanbulda baş tutan görüşdə Ukraynada Zaporojye AES-də təhlükəsizliklə bağlı əməliyyat aspektləri və təcili olaraq nüvə təhlükəsizliyi və mühafizə zonasının yaradılması üzrə məsləhətləşmələr aparılıb.

.