Zaporojye Atom Elektrik Stansiyasına pilotsuz uçuş aparatından endirilən zərbələr bu nüvə obyektinin təhlükəsiz fəaliyyətinə təsir etməyib.
Bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Baş direktoru Rafael Qrossi deyib.
Bununla belə o, analoji hücumların yolverilməz olduğunu bildirib və tərəfləri belə addımlardan çəkinməyə çağırıb:
“Analoji adımlar istənilən halda qəza təhlükəsi yaradır və nüvə partlayışı riskini artırır. Buna görə də biz tərəfləri hücumları dərhal dayandırmağa çağırırıq”.
.