İran əvvəllər ayda 60%-ə qədər zənginləşdirmə ilə təxminən beş-yeddi kiloqram uran istehsal edirdi, indi isə bu miqdar xeyli artıb.
Bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Qrossi "Reuters" ə bildirib.
Onun sözlərinə görə, AEBA bu gün İranın nüvə silahı əldə etmə səviyyəsinə yaxın olan 60%-ə qədər saflıqda zənginləşdirilmiş uran istehsal etmək qabiliyyətində dramatik artımı elan edir.
"İran ayda təxminən 5-7 kq sürətlə 60%-ə qədər zənginləşdirilmiş uran istehsal edirdi, indi bu yeddi, səkkiz dəfə, bəlkə də, daha çox olacaq", - Qrossi bildirib.
.