Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin missiyasından olan ekspertlər Zaporojye AES-də qalacaq.

Bu barədə Rusiyanın Vyanadakı beynəlxalq qurumlardakı səfiri yerli mətbuata açıqlamsında bildirib.

Onun sözlərinə görə, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin iki müfəttişi Zaporojye AES-də daimi olaraq qalacaq.

Qeyd edək ki, AEBA missiyası hazırda mart ayından Rusiya qüvvələrinin nəzarətində olan Avropanın ən böyük nüvə obyekti olan zavoddadır.

.