Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) direktoru Rafael Qrossi Ukraynadakı Zaporojye AES-ə beynəlxalq ekspertlər qrupunun bu həftə göndəriləcəyini və heyətin tam formalaşdığını deyib.

Bu barədə Qrossi öz “Tvitter” səhifəsində yazıb.

AEBA rəhbəri Ukraynanın təhlükəsizliyinin və Avropanın ən böyük nüvə obyektinin qorunmasının vacib olduğunu dilə gətirib.

Beynəlxalq ekspert qrupunun stansiyaya dəymiş fiziki zərəri müəyyən edəcəyi, onun mühafizə və iş sistemini nəzərdən keçirəcəyi bildirilib.

.