
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin Baş direktoru Rafael Qrossi bildirib ki, təşkilatın mütəxəssisləri İranın nüvə proqramının silah hazırlamaq məqsədi daşıdığına dair birbaşa sübut görməyiblər.
Bu barədə o, ABŞ-ın "CBS" telekanalına verdiyi müsahibədə danışıb.
“Biz bu proqramın nüvə silahı yaratmağa yönəldiyini müşahidə etməmişik. Amma eyni zamanda, İran hökuməti bizim çox vacib suallarımızdan bəzilərinə cavab verməyib”, – deyə Qrossi vurğulayıb.
.