Asiya İnkişaf Bankı (ADB) bu il Azərbaycanda inflyasiya 3,8% (ötən ildən 1,2% bəndi çox) səviyyəsində proqnozlaşdırır.

Bankın “Asian Development Outlook” hesabatı xəbər verir ki, gələn il isə ölkədə inflyasiya 0,6% bəndi azalaraq 3,2% olacağı gözlənilir.

Qeyd edək ki, ümumilikdə bu il Mərkəzi Asiya regionu üzrə inflyasiya 8,3%, gələn il üçün isə 6,6% səviyyəsində gözlənilir.

Dövlət Statistika Komitəsinin hesabatına görə, bu ilin yanvar-avqust aylarında Azərbaycanda inflyasiya 2,9% səviyyəsində olub.

.