"O səs Türkiyə"nin aparıcısı Acun İlıcalı və münsif Murad Boz onları tənqid edən müğənni Cem Adriana üstüörtülü cavab veriblər.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Cem yarışmanı tənqid edərək deyib:
"Musiqiyə aşiq ruhlara ümi və işıq verirsiniz. Sonra o gözəl insanlar işığa uçan kəpənəklər kimi sizdən kömək gözləyirlər. Siz isə onları sadəcə yarışdırıb, qarşı-qarşıya gətirib, qırıb, sındırıb, bütün sevdiklərinin qarşısında uduzdurub, küsdürüb bununla pul qazanırsınız. Heç birinin xəyalları, ümidləri, keçmişləri və gələcəkləri vecinizə deyil. Bu fani dünyada insanların ümidləri, gözyaşları ilə bəslədiyiniz reytinqlərdən qazandığınız hər maddi şeyin hesabını ödəmənizi istəyirəm bu dünyada...".

"O səs Türkiyə"nin dünən yayımlanan finalında isə Murad və Acun iştirakçı Türkan Kürşatın çıxışından sonra bu cür keyfiyyətli səslərin "O səs Türkiyə" vasitəsi ilə izləyiciyə tanıdıldığını deyiblər. Acun bu işdə onun heç bir payının olmadığını, münsiflərin bu yarışmada çox iş gördüyünü, amma proqramın məhz iştirakçıların çıxışlarına görə izləndiyini deyib. O, yarışmaçılara xüsusi təşəkkürünü bildirib.

.