Türkiyəli iş adamı Acun Ilıcalı İngiltərə klubunun səhmlərini almaq qərarına gəlib.

TV8 kanalının rəhbəri “Hall Siti”yə maraq göstərir.

52 yaşlı biznesmen Çempionşip təmsilçisini alıb, komandanı yenidən Premyer Liqaya yüksəltmək niyyətindədir. O, “narıncı-qaralar”ın səhmlərini 35,5 milyon avroya almağı planlaşdırır.

Qeyd edək ki, İngiltərədə son olaraq “Nyukasl” Səudiyyə Ərəbistanı dövlət investisiya fondu tərəfindən alınıb.

.