
Bu gün səhər saatlarda Abşeron rayonunda yaşayış mənzillərinin birində ev partlayıb. Hadisə şahidlərinin ANS PRESS-ə verdikləri məlumata görə, hadisə Mehdiabad qəsəbəsi ərazisində qeydə alınıb.
Hadisə nəticəsində 5 nəfər ev sakini ağır xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
İlkin ehtimala görə, partlayış qaz sızması nəticəsində baş verib. Lakin hadisənin dəqiq səbəbləri bilinmir. Faktla bağlı araşdırmalar aparılır.
.