Digah qəsəbəsində ailə-məişət zəminində qətl hadisəsi baş verib.

Hadisə qohumlar arasında metal boru üçün düşüb.

1960-ci il təvəllüdlü Haşımova Zümrüd Dardail qızı və onun həyat yoldaşı 1962-ci il təvəllüdlü Həşimov Hicran Sərənc oğlu, o cümlədən 1981-ci il təvəllüdlü Kərimova Xəyalə Hicran qızı qohumu tərəfindən baltalanıb. Aldığı ağır xəsarətlərdən Z.Haşımova dünyasını dəyişib. Digər iki nəfər xəstəxanaya yerləşdirilib.

Yaxınlarının verdiyi məlumata görə, qohumlar arasında mübahisə metal borunun düzgün quraşdırılmaması olub.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət məcəlləsinin 120-ci maddəsi ilə cinayət işi başlanılıb.

.