Abşeron rayonunda dəm qazı faciəyə səbəb olub.
Hadisə Saray qəsəbəsində qeydə alınıb.
1960-cı il təvəllüdlü Yusifov Siyasət Mirzə oğlu və 1963-cü il təvəllüdlü Alıyev Kamil İsmayıl oğlu kirayə qaldıqları evdə boğularaq ölüblər.
Hələlik adı və soyadı naməlum üçüncü şəxs isə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir.
Qeyd edək ki, hər üç şəxs bina tikintisində çalışırlarmış. Onlar birgə kirayədə yaşayırmışlar.