Abşeron rayonunun Hökməli qəsəbəsində yanğın olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Ümumi sahəsi 200 kvadratmetr (hər mərtəbəsi 100 kvadratmetr) olan, ikimərtəbəli, dördotaqlı evin pilləkən qəfəsinin taxta üzlüyü üç kvadratmetr sahədə, 12 ədəd qoruyucu açar və elektrik kabelləri, bitişik ümumi sahəsi 70 kvadratmetr talvarın taxta atmaları 40 kvadratmetr sahədə və altında dayanan “Land Rover” markalı minik avtomobilinin mühərrik və ön hissəsi yanıb.
Evin, talvarın və avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
.