Bu gün sosial mediada Abşeron rayonu Xırdalan şəhər 9 nömrəli tam orta məktəbin şagirdinin səs yazısı olduğu iddia edilən videogörüntü yayımlanıb.

Abşeron-Xızı Regional Təhsil İdarəsindən verilən xəbərə görə, məsələ ilə bağlı məlumatlıdırlar, artıq ötən həftədən etibarən Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən araşdırma başlanılıb.

Qeyd edilib ki, araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Məsələ ilə bağlı hüquq mühafizə orqanlarına da məlumat verilib:

"Mövzunun həssaslığını nəzərə alaraq, dəqiq olmayan məlumatları paylaşmamağa çağırırıq".

.