"Kommersant" qəzetinin verdiyi məlumata görə, Rusiyanın paytaxtı Moskva şəhərində Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin toplantısı işinə başlayacaq. Görüş zamanı nazirlər Xəzər dənizinin müstəqilliyi haqqında konvensiya layihəsi üçün hazırlanmış hesabatı dinləyəcəklər.
Rəsmilər həmçinin dənizə kənar ölkənin daxil olma məsələsini də müzakirə edəcəklər. Rusiya mətbuatının yazdığına əsasən, görüşdən öncə Kreml ölkələri ABŞ daxil olmaqla, istənilən dövlətin donanmasının Xəzərə buraxılmaması ilə bağlı razı salıb.
Moskvada təşkil olunacaq konfransda Sergey Lavrov, Elmar Məmmədyarov, Məhəmməd Cavad Zərif, Yerlan İdrisov və Rəşid Meredov iştirak edəcək.
.
