
Avropa özünün yaratdığı böhranla üz-üzədir - öz seçicilərindən qorxur və bu vəziyyətdə ABŞ-a heç bir faydası yoxdur.
Bunu ABŞ-ın vitse-prezidenti J.D.Vens Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.
O, həmçinin Avropa liderlərini “öz seçicilərinizdən qorxub qaçdıqlarına”, o cümlədən miqrasiyaya görə tənqid edib və bildirib ki, əhalini demokratik proseslərdə iştirakdan yayındırmaqla demokratiyanı daxildən məhv etmək riski var.
ABŞ-ın vitse-prezidenti bildirib ki, Avropa liderləri seçicilərdən qorxur və demokratiyanı müdafiə edə bilmir: “İndi, əlbəttə ki, vəziyyət o qədər pisləşib ki, keçən ilin dekabrında Rumıniya “kəşfiyyatın qeyri-müəyyən şübhələri və qitədəki qonşularının böyük təzyiqi” səbəbindən prezident seçkilərinin nəticələrini ləğv edib”.
“Avropa ilə bağlı məni ən çox narahat edən təhlükə nə Rusiya, nə də Çinlə bağlı deyil. Məni daxildən gələn təhlükə, Avropanın öz əsas dəyərlərindən geri çəkilməsi narahat edir, - ABŞ vitse-prezidenti qeyd edib.
ABŞ Prezidenti Donald Trampın administrasiyası Rusiya və Ukrayna arasındakı münaqişənin ağlabatan razılaşmalara əsaslanan həllinin mümkün olduğunu hesab edir.
Bunu ABŞ-nin vitse-prezidenti Cey Di Vens Münxen Təhlükəsizlik Konfransında bildirib.
"Tramp administrasiyası Avropanın təhlükəsizliyindən son dərəcə narahatdır və Rusiya ilə Ukrayna arasındakı münaqişənin ağlabatan həllinə nail ola biləcəyimizə inanır", - o qeyd edib.
.