Keçmiş "Yeni Fikir"çi, artıq bir neçə ildir Amerika vətəndaşı olan Səid Nurinin Azrbaycandan çıxışına qadağa qoyulub. Bu barədə "Azadlıq"a Səid Nuri özü məlumat verib. Ona bildirilib ki, qadağanı Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluğun Ağır Cinayetlərə Dair İşlər üzrə İstintaq İdarəsi qoyub. Səbəb isə istintaqı gedən cinayət işilə bağlıdır. Lakin söhbətin konkret hansı işdən getdiyi bəlli deyil.
Səid Nuri bir neçə gün əvvəl atasının vəziyyətinin ağır olmasıyla əlaqədar Azərbaycana gəlib. Hətta Azərbaycana gəlmək üçün də vizanı çox çətinliklə ala bilmişdi.
Səid Nuri üzləşdiyi vəziyyətlə əlaqədar ABŞ-ın ölkəmizdəki səfirliyinə müraciət edib. Səfirlik problemi araşdırır.
.