Fevralın 25-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Rusiya və ABŞ nümayəndə heyətləri Rusiya-Ukrayna münaqişəsinin nizamlanmasıını müzakirə etmək üçün ikinci görüş keçirəcək.

Bu barədə "Die Zeit" qəzeti diplomatik mənbələrə istinadən məlumat yayıb.

Qəzetin həmsöhbətləri bu görüşün fevralın 18-də Ər-Riyadda baş tutan danışıqların davamı olacağını qeyd ediblər. Həmin vaxt Rusiya nümayəndə heyətinin tərkibində xarici işlər naziri Sergey Lavrov və Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov da var idi. ABŞ tərəfini Dövlət katibi Marko Rubio, ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff və milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts təmsil ediblər.

.