Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin iyun ayının sonunda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Uilyam Bernslə telefon danışığı apardığını təsdiqləyib.
Bu barədə o, TASS-a müsahibəsində danışıb.
S.Narışkin sözlərinə görə, amerikalı həmkarı ilə telefon söhbəti zamanı Ukrayna ilə bağlı məsələləri müzakirə ediblər.
Xarici Kəşfiyyat Xidməti direktorunun sözlərinə görə, telefon danışığı bir saat davam edib.
S.Narışkin əlavə edib ki, MKİ rəhbəri ilə şəxsi görüş imkanları qalır.
.
