ABŞ müdafiə naziri Lloyd Ostin çinli həmkarı Vey Fenqe ilə görüşüb.

“Reuters“ xəbər verir ki, bu il nazirlər arasında ikinci dəfə keçirilən görüşdə Lloyd Ostin böhran kommunikasiyasının inkişaf etdirilməsinə ehtiyacı vurğulayıb. Pentaqonun məlumatında bildirilib ki, Ostin eyni zamanda Çin aviasiyasının artan təhlükəli davranışlarından narahatlığını ifadə edib.

Pentaqon sözçüsü Pət Rayderin bəyanatında bildirilib ki, təkbətək görüşdə Ostin strateji riskin azaldılmasında substansiv dialoqun və əməliyyat təhlükəsizliyinin artırılmasının vacibliyini müzakirə edib.

Təxminən 90 dəqiqə davam edən görüş Kambocada baş tutub.
 

.