ABŞ prezidenti Donald Trampın Çin prezidenti Si Cinpinlə yaxın günlərdə keçirilməsi planlaşdırılır. Bu görüşdə ciddi razılaşmaların əldə olunacağı barədə mediada məlumatlar yayılıb. Artıq Çin və ABŞ-ın ali iqtisadi rəsmiləri bazar günü ticarət sazişinin çərçivəsi üzrə razılıq əldə ediblər.
Bu barədə Reuters məlumat yayıb.
ABŞ-ın maliyyə naziri Skott Bessent və Ticarət Nümayəndəsi Ceymison Qrir may ayından bəri beşinci dəfə keçirilən üzbəüz danışıqlar çərçivəsində Kuala-Lumpurda Çinin vitse-premyeri Xe Lifenq və baş ticarət danışıqçısı Li Çengqanq ilə görüşüblər.
.
