ABŞ Ukraynaya HIMARS raket sistemləri göndərəcək.

Bu barədə məlumatı CNN-ə ABŞ administrasiyasının rəsmisi təsdiqləyib. Bildirilib ki, ABŞ istehsalı olan sistemin 11-ci təhlükəsizlik yardımı paketi çərçivəsində Ukraynaya göndərilməsi nəzərdə tutulub.

Rəsminin sözlərinə görə, Ukraynaya göndəriləcək HIMARS sistemi maksimum uçuş məsafəsi 80 kilometr olan raketlərlə təchiz ediləcək. Bu ABŞ-ın Ukraynaya göndərəcəyi ən uzunmənzilli silah sistemi olacaq.

.