ABŞ Ukraynaya büdcəsini dəstəkləmək üçün daha 4,5 milyard dollar ayıracaq.

Bu barədə bazar ertəsi qərargahı Vaşinqtonda yerləşən Dünya Bankı (DB) məlumat yayıb.

Bankın yaydığı press-relizdə qeyd olunub ki, söhbət 4,5 milyard dollar məbləğində qrantdan gedir.

Həmin vəsaitin Kiyevə ABŞ Dövlət Departamentinin strukturunda fəaliyyət göstərən Beynəlxalq İnkişaf Agentliyi (BİA) tərəfindən köçürüləcəyi bildirilib.

.