ABŞ Ukraynaya daha 400 milyon dollarlıq hərbi yardım paketi təqdim edir.

Bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.

Paketə dörd “Avenger” hava hücumundan müdafiə sisteminin Kiyevə təhvil verilməsi də nəzərdə tutulur.

“Bu gün Müdafiə Nazirliyi Ukraynanın kritik təhlükəsizlik və müdafiə ehtiyaclarını ödəmək üçün 400 milyon dollara qədər yardımı üçün icazə verdiyini açıqladı”, - deyə bəyanatda vurğulanır.

Növbəti yardım paketinə “HIMARS MLRS” üçün əlavə sursat, 100 hərbi yolsuzluq avtomobili, 21.000-dən çox 155 mm-lik artilleriya mərmisi, 10.000 120 mm-lik minaatan mərmisi, 400 qumbaraatan daxildir.

Yeni paketlə Vaşinqtonun Kiyevə verdiyi ümumi hərbi yardım 19,3 milyard dolları ötüb.

.