ABŞ Ukraynaya 8 ədəd “NASAMS” hava hücumundan müdafiə (HHM) sistemi göndərəcək və Ukrayna onların bir qismini yaxın zamanlarda qəbul edəcək.

TASS xəbər verir ki, bu barədə Pentaqondan açıqlama verilib.

Onun sözlərinə görə, bu sistemlərin 2-si yaxın zamanda, qalan 6 sistem isə sonrakı mərhələdə Ukraynaya təhvil veriləcək.

Pentaqon Ukrayna Silahlı Qüvvələrinə pilotsuz uçuş aparatları (PUA) ilə mübarizə sistemləri, o cümlədən “VAMPİRE” sistemi göndərməyi qərara alıb.

.