ABŞ hökuməti Türkiyənin “F-16” qırıcılarının modernləşdirilməsini, eləcə də lazımi hərbi texnikanın tədarükünü dəstəkləyir.

Bunu ABŞ-nin dövlət katibi Entoni Blinken də təsdiqləyib.

“İnanırıq ki, Türkiyə təkmilləşdirilmiş “F-16” təyyarələri və mövcud “F-16”ları üçün modernizasiya paketi almalıdır. Hesab edirik ki, bu, NATO vacibdir", - E. Blinken ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində dinləmələrdə çıxış edərkən deyib.

.