Birləşmiş Ştatların vitse-prezidenti Co Bayden Türkiyə hakimiyyətini qoşunlarını İraqdan çıxarmağa çağırıb.
"Report" xəbər verir ki, bu barədə o, İraqın baş naziri Heydər əl-Abadi ilə söhbət zamanı bildirib.
Baydenin sözlərinə görə, Vaşinqton İraqın suverenliyinə hörmətlə yanaşır və Ankaranı da buna dəvət edir. Bayden və Əl-Abadi Ankaranın artıq qoşunları çıxarmağa başlaması fikri ilə razılaşıblar.
Qeyd edək ki, Ankara İraqın şimalına dekabrın əvvəlində qoşun yeridib.
Onu da xatırladaq ki, Türkiyənin baş naziri Əhməd Davudoğlu ölkəsinin öz hərbçilərini qonşu ölkə ərazisindən çıxarmayacağını bəyan etmişdi.
.